Mərkəzi Bankın valyuta ehtiyatları artıb.
Modern.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə baş bankın valyuta ehtiyatları 300 milyon dollaradək çoxalıb:
“Ötən il 100 milyon dollardan bir qədər çox vəsait satılmadı və valyuta formasında büdcəyə köçürüldü. Valyuta bazarında disbalans cəmi 100 milyondur. Mərkəzi Bankın valyuta ehtiyatlarını 300 milyon dollara qədər artırmışıq. Bunun əsas hissəsini - 115 milyon dollarını valyuta ehtiyatlarının idarə edilməsindən qazanmışıq, 31 hissəsini isə böhran dövündə banklara verilənlərin geri qaytarılması ilə əldə etmişik. Xüsusi vurğulamaq istəyirəm ki, ehtiyat bazardan alınmayıb”.
Baş bankir qeyd edib ki, valyuta bazarında tam sabitlik və dayanıqlığa nail olunub.