Modern.az

Spikerdən Gürcüstana XƏBƏRDARLIQ: “Nəzərə alacaqlar”

Spikerdən Gürcüstana XƏBƏRDARLIQ: “Nəzərə alacaqlar”

Aktual

1 Fevral 2019, 12:31

“Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə alacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

 

Spiker bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: “Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq”.

 

Onun sözlərinə görə, həmin abidəni erməni hökuməti deyil, orada yaşayanlar qoyub: “Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar”.

 

Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa bu abidənin ucadılması məsələsinə etirazlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım