Modern.az

“Müddət uzadılmasa, bank sistemi çökəcək”

“Müddət uzadılmasa, bank sistemi çökəcək”

Aktual

1 Fevral 2019, 12:44

Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.

Modern.az-ın xəbərinə görə, deputat vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb:

“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir.

Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”.

 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım