Modern.az

İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib

İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib

30 Noyabr 2011, 14:14

Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib. Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyevlə görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasye və yeni həmsədr Jak For, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Görüş zamanı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama