Modern.az

Elmira Axundova: “Ünvanlı sosial yardım baş ağrısıdır”

Elmira Axundova: “Ünvanlı sosial yardım baş ağrısıdır”

Təhsil

30 Noyabr 2011, 14:23

Ötən gün Milli Məclisin deputatı Elmira Axundova seçilmiş olduğu 71 saylı Masallı kənd seçki dairəsində vətəndaşlarla görüş keçirib.

Görüş Boradigah Bələdiyyə Sarayında 300 nəfərin iştirakı ilə keçirilib.

Bu barədə Modern.az saytına deputatın köməkçisi məlumat verib.

Elmira Axundova bununla Masallıda artıq 6-cı böyük görüş keşirib.

Deputat gördükləri iş barədə seçicilərinə hesabat verib: “Mən Masallıda mövcud olan ictimai problemləri bilirəm. Bəzi problemləri həll etməyə müvəffəq olmuşuq, ümid edirəm ki, qalan problemlər də növbəti 2-3 ildə həll olunacaq. Qeyd edim ki, bu problemlərin həlli təkcə məndən asılı deyil. Bu məsələlərin icra olunması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilindədir. Həll olunmamış məsələlərdən bəzilərini qeyd etmək istərdim. İcra başçı Qəzənfər Ağayevin dəstəyi ilə 2012-2013-cü illərdə 4 məktəbin inşasını Dövlət Proqramına daxil edilib. Həkim məntəqələrinin tikilməsi, eləcə də Tüklədə kəndində körpülərin təmiri, Hişkədərə kəndində uşaq bağçası və diyarşünaslıq muzeyinin təmiri işlər planına daxil edilib. Qəzənfər Ağayevə təşəkkür edirəm ki, Təzəkənddə tibb

məntəqəsini təmir etdirib. Mən dövlət hakimiyyəti orqanlarından xahiş edərdim ki, bizim müraciət və təkliflərimizə həssaslıqla yanaşsınlar. Çox halda bizə formal cavablar verilir. Buna görə bir daha xahiş edirəm ki, məsələlərə ciddi, diqqətli yanaşılsın”.

Görüşdə deputat digər bir məsələnin vətəndaşların işlə bağlı müraciətləri olduğunu deyib: “Bildirirəm ki, əgər dövlət qulluğunda iş istəyirsinizsə, bu test üsulu ilə həyata keiçirilir və məndən asılı olan məsələ deyil. Rayonda isə fəhlə işi istədikdə Məşğulluq Mərkəzi tərəfindən 100-150 manatlıq iş təklif olunur, amma vətəndaş razı olmur. Odur ki, sizlərə bildirmək istəyirəm ki, kənddə əsas iş yeri torpaqdır. Xahiş edirəm, torpaqlarınızı əkib becərin, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında siz də iştirak edin.

Dövlət ünvanlı sosial yardımı isə başağrısıdır. Bilmək lazımdır ki, bu ömürlük verilən imtiyaz deyil. Dövlət bu sosial yardımı maddi vəziyyəti ağır olan əhaliyə maddi durumunu yaxşılaşdırmaq, bu vəziyyətdən çıxması üçün müvəqqəti verir. Həmin müddət ərzində vətəndaş özü iş axtarmalı, tapmalıdır, qazanmalıdır. Əgər vətəndaş bunu etmirsə, deməli bu, adam işləmək istəmir.

Biz hər bayramda imkansız ailələrə sovqatlar göndəririk. Amma bildirim ki, deputatın vəzifəsi pul vermək, yol çəkmək deyil. Millət vəkilləri Milli Məclisin tribunasından, beynəlxalq tribunadan çıxış edərək sizləri təmsil etməlidir. Qanunvericilik prosesində fəal iştirak etməlidir. Bu bir illik müddət ərzində elə bir iclas olmayıb ki, mən ən az 2-3 təkliflə Milli Məclisdə çıxış etməyim”.      

Daha sonra seçilər təklif və problemləri dilə gətiriblər. Boradigah qəsəbə stadiounun, idman kompleksinin tikintisi, xəstəxananın təmiri, Tüklə istirahət güşəsinin yenidən qurulması, Məmmədova kəndinə qaz çəkilişi,  Boradigah 1 saylı və 2 saylı məktəblərə istilik sisteminin çəkilişi, Ərkivan qəsəbəsinin Bədirli məktəbinə qaz çəkilişi, Hişkədərə Muzeyinə gedən yol, Hişkədərə uşaq bağçasının əsaslı təmiri, Hişkədərə həkim ambulatoriyası, və s.”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama