Modern.az

Qubada 2 göyərçin ovlayan saxlanıldı

Qubada 2 göyərçin ovlayan saxlanıldı

Aktual

1 Fevral 2019, 14:36

Qubada qanunsuz ov edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım