Modern.az

Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı

Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı

1 Fevral 2019, 16:36

Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı