Noyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye (sabiq həmsədr), İqor Papov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Fransadan olan yeni həmsədr Jak Foru qəbul edib. Yeni təyinat alan həmsədr müdafiə nazirinə təqdim olunandan sonra müzakirələrə başlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəsüratlarını bölüşüblər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən danışıqların mövcud durumu və inkişaf pekrspektivləri barədə geniş fikir müdadiləsi aparılıb.
Modern.az