Modern.az

Serblərlə və albanlar azərbaycanlılara hücum etdi

Serblərlə və albanlar azərbaycanlılara hücum etdi

1 Fevral 2019, 18:05

Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

“Report”un Berlin bürosunun verdiyi məlumata görə, buna alban və serblərin nalayiq hərəkətlərinə həmin ərazidə yanlarında qadın həmyerlilərinin də olduğu azərbaycanlıların sərt reaksiyası səbəb olub.

Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serb və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı