Modern.az

Asiya Kubokunun qalibi müəyyənləşib

Asiya Kubokunun qalibi müəyyənləşib

1 Fevral 2019, 19:54

Futbol üzrə Asiya Kubokunun qalibi müəyyənləşib.

Modern.az xəbər verir ki, final matçında Yaponiya və Qətər yığma komandaları üz-üzə gəlib. Qətər yığması 3:1 hesabı ilə qələbə qazanaraq Asiya Kubokunun sahibi olub.

Qətərin futbolçusu Almoez Ali bu oyunda da fərqlənməklə yeni rekord müəyyənləşdirib. 23 yaşlı hücumçu Asiya Kubokunda 9-cu qolunu vurub və bir turnirdə ən çox qol vuran oyunçu olub.

Qeyd edək ki, daha öncə İran yığmasının sabiq futbolçusu Ali Daei 1996-cı ildə keçirilmiş Asiya Kubokunda 8 dəfə fərqlənib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı