Modern.az

ABŞ orta və kiçik mənzilli raketlərin ləğvinə razılaşmır

ABŞ orta və kiçik mənzilli raketlərin ləğvinə razılaşmır

Dünya

1 Fevral 2019, 20:02

“Fevralın 2-dən ABŞ hökuməti "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandırır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

 

O, Rusiyanın müqavilənin şərtlərinə əməl etmədiyini və bunun nəticəsində iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını diqqətə çatdırıb: “ABŞ Rusiyadan müqavilə şərtlərini pozduğunu düşündüyümüz yerdən buraxılan qanadlı raketi ləğv etməyi istəyir. Bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazırıq”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza