Modern.az

Deputat: “Azərbaycanda söz azadlığını boğmaq mümkün deyil

Deputat: “Azərbaycanda söz azadlığını boğmaq mümkün deyil”

Parlament

30 Noyabr 2011, 15:52

Milli Məclisin deputatı Elmira Axundova seçiciləri ilə gürüşündə ölkədə soz və mətbuat azadlığı məsələsinə toxunub: “Ata-babadan həmişə eşidirdik ki, nə olur olsun, amma inqilab və müharibələr olmasın. Biz bu sozlərə gülürdük. Amma özümüz müharibəni də gördük, inqilabları da. Heç vaxt inqilabların sonu yaxşı bitmir. Şərqin acı təcrübəsi göz qabağındadır. 90-cı illərdə Azərbaycanda hər dəfə xaos yaradılanda, hakimiyyət dəyişikliyi olanda bir neçə rayon işğal olunurdu. Əhatəmizdə bizi istəməyənlər çoxdur. Buna görə gərək təxribatlara uymayaq”.

Millət vəkili bildirib ki, 4-5 itaətsizlik göstərən, təxribat və xaos yaradan adam həbs olunanda deyirlər ki, söz azadlığı yoxdur, siyasi məhbus var: “Bilin ki, söz azadlığını boğmaq mümkün deyil. İnternetin, facebook və twitter kimi sosial şəbəkələrin olduğu bir vaxtda bu, necə mümkün ola bilər.  Azərbaycanda bu qədər müstəqil saytlar var, jurnal və qəzetləri nəşr olunur. Məktəblərdə ölkə rəhbərliyinin səyi ilə komputerləşdirmə prosesi sürətləndirilir. Belə olan halda söz azadlığının olmamasından danışmaq olarmı?”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR