Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda qaçaqmal siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.