Modern.az

Türklərə məxsus kafeyə silahlı hücum

Türklərə məxsus kafeyə silahlı hücum

2 Fevral 2019, 20:32

Belçikada türklərə məxsus kafeyə silahlı hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Belçikanın Antverpen şəhərində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Belçikanın VRT televiziyası sözügedən ərazidə türk və kürd qruplar arasında gərginlik olduğunu bildirib.

 

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı