Modern.az

Rövnəq Abdullayev Berti Foqtsla müqavilənin uzadılmasından danışdı

Rövnəq Abdullayev Berti Foqtsla müqavilənin uzadılmasından danışdı

30 Noyabr 2011, 17:57

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb.
Məsələylə bağlı AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.

«Bu gün bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi. İcraiyyə Komitəsinin bütün üzvləri baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəndilər. Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram.

Bildiyiniz kimi, bir neçə il əvvəl «Şəfa» stadionu «İnter» Peşəkar İdman Klubuna icarəyə verilmişdi və klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli iş görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. «İnter» klubu «Şəfa» stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi və qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. «Şəfa»nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr və Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama