Modern.az

Gürcüstan külək enerjisi istehsal edəcək

Gürcüstan külək enerjisi istehsal edəcək

2 Fevral 2019, 21:19

Gürcüstan külək elektrik stansiyalarının quraşdırılması ilə bağlı layihə həyata keçirir. 2020-ci ildə ölkədə 270 meqavat gücündə 5 külək elektrik enerjisi stansiyası fəaliyyətə başlayacaq. Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natiya Turnava söyləyib. “Biz külək enerjisi ilə bağlı təhqiqatlar aparmışıq və hesab edirik ki, Gürcüstanda elektrik sisteminin külək enerjisinə zaman-zaman inteqrasiyası üçün imkanlar var”, – deyə N.Turnava vurğulayıb. Onun sözlərinə görə, texnologiyanın inkişafı enerji istehsalının qiymətinin azalması baxımından külək enerjisini daha cəlbedici edəcək.

 

Araşdırmaların nəticələrinə görə, Gürcüstan 2020-ci ildə külək elektrik stansiyalarında 332 meqavat, 2025-ci ildə 665 meqavat, 2030-cu ildə isə 1330 meqavat gücündə elektrik enerjisi ala biləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı