Modern.az

Gürcüstan azərbaycanlıları parlament qarşısında aksiya keçirəcək

Gürcüstan azərbaycanlıları parlament qarşısında aksiya keçirəcək

2 Fevral 2019, 21:49

Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar. Modern.az “Report”a istinadən xəbər verir ki, etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.

 

Etiraz aksiyasının keçirilməsi artıq razılaşdırılıb. Aksiyada kütlvəi azərbaycanlıların qoşulacağı bildirilir. Bildirilir ki, erməni terrorçuya abidə ucadılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini ciddi tələb edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı