Modern.az

AMİP hökumət qarşısında tələb qaldırdı

AMİP hökumət qarşısında tələb qaldırdı

30 Noyabr 2011, 18:23

Noyabrın 30-da AMİP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda AMİP sədri Yusif Bağırzadənin rəhbərliyi ilə partiyanın nümayəndə heyətinin noyabrın 21-dən 24-dək Brüsselə gerçəkləşən rəsmi səfərinin yekunları, Tarif Şurasının yeni qiymət artımı barədə qərarı, 2012-ci il Azərbaycan Dövlət Büdcəsi haqqında qanun layihəsi, müxalifətdaxili inteqrasiya və ölkədəki ictimi-siyasi vəziyyət müzakirə olunub.

Siyasi Şura partiya rəhbərliyinin Avropa Parlamentində, Avropa Komissiyasında, Avropa Xalq Partiyasının ofisində, Isveçin Avropa Parlamentindəki nümayəndəliyində keçirdiyi görüşlərin və aparılan müzakirələrin Azərbaycanın Avropaya inteqrasiyası, həmçinin, partiyanın beynəlxalq əlaqələrinin möhkəmlənməsi baxımından uğurlu və faydalı səfər kimi qiymətləndirib.

Siyasi Şura Tarif Şurasının yeni qiymət artımını hökümətin yürütdüyü yalnış sosial-iqtisadi siyasətin davamı və əhalinin güzəranının daha da pisləşməsi yönündə atılmış addım hesab edərək, belə qərarların ağır fəsadlar doğuracağından narahatlığını bildirib. Hökümətdən tələb edilib ki, qiymət siyasəti ölkə əhalisinin maraqlarına və sosial rifahın yaxşılaşdırılmasına uyğunlaşdırılsın.

2012-ci il dövlət büdcəsini geniş müzakirə edən AMİP Siyasi Şurası büdcənin neft gəlirlərindən asılılığının ilbəil artırılmasını korrupsiyaya geniş imkanlar yaradan layihələrə böyük vəsiətlər ayrılmasını, sosial yönümlü xərclərin azlığını qəbuledilməz sayıb.

Ölkədəki ictimai-siyasi duruma diqqət yetirən Siyasi Şura Azərbaycandakı mövcud ağır durumdan çıxış yolunu təcili islahatların aparılmasında, qarşıduran siyasi düşərgələr arasında birgə müzakirələrdə, həlli vacib problemlərin çözülməsinə nail olmaqda görüb. Eyni zamanda qərara gəlinib ki, AMİP müxalif siyasi partiyalarla inteqrasiya və əməkdaşlıq istiqamətində təşəbbüslərini və səylərini gücləndirsin.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama