Modern.az

Qobustanda yollar buz bağladı - 4 nəfər xilas edildi

Qobustanda yollar buz bağladı - 4 nəfər xilas edildi

3 Fevral 2019, 13:44

Qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. 



Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar. Əməliyyat uğurla başa çatıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı