Modern.az

Bələdiyyə seçkilərinin nəticələri iki gün ərzində yekunlaşacaq

Bələdiyyə seçkilərinin nəticələri iki gün ərzində yekunlaşacaq

1 Dekabr 2011, 10:36

Azərbaycanda bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərin yekunları ilə bağlı mətbuat konfransı olub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 330 bələdiyyədə boş olan 464 bələdiyyə üzvü yerinə 1169 məntəqədə səsvermə keçirilib. Ötən gecə saat 23-ə olan məlumata görə, seçkilər keçirilən 330 bələdiyyədən 286-nın protokolları MSK-nın internet saytına daxil olub. Bu, seçkilər keçirilən bələdiyyələrin 86,67 faizi deməkdir. Məntəqələrə gəldikdə isə səsvermə keçirilən 1169 məntəqənin 1023-ü üzrə protokollar artıq internet səhifəsində yerləşdirilib. Bu, ümumi məntəqələrin 87,51 faizidir.
Daxil olan protokolların nəticələrinə görə, 328 nəfər namizəd liderlik edir. Bunlardan 235 nəfəri kişi (71,61 faiz), 93 nəfəri qadındır (28,35 faiz).
Seçki Məcəlləsinin tələbinə əsasən, sabahdan başlayaraq dairə seçki komissiyalarının protokolları iki gün ərzində MSK-ya daxil olacaq. Bu protokolların qəbulu başa çatdıqdan sonra MSK yekun nəticələr barədə ictimaiyyətə məlumat verəcək. Seçki Məcəlləsinin tələbinə görə, MSK 20 gün müddətində nəticələri təhlil edib ümumiləşdirəcək, əgər hər hansı bir şikayət daxil olarsa, araşdıracaq və yekun protokolunu tərtib edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama