Modern.az

Deputat Lənkəranda əcnəbi iş adamlarını sahibkarla görüşdürüb

Deputat Lənkəranda əcnəbi iş adamlarını sahibkarla görüşdürüb

1 Dekabr 2011, 11:53

Noyabrın 29-da 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev öz ofisində seçicilərlə, o cümlədən də yerli sahibkarla görüş keçirib. Deputatın qərargahından verilən məlumata görə, görüşdə 38 sahibkar iştirak edib.

Deputatın təşəbbüsü ilə Türkiyənin məşhur “ORVAC” şirkətinin və Ukraynanın elektrik avadanlıqları zavodunun nümayəndələri də iştirak ediblər. Rüfət Quliyev seçicilərin qaldırdıqları problərlə yaxından tanış olub, bəzilərini yerindəcə həll edib, həlli müəyyən vaxt tələb edənləri isə nəzarətə götürərək, öz deputat səlahiyyətləri daxilində onların həll edilməsi üçün bütün imkanlarını səfərbər edəcəyini söyləyib.

Görüşdə Türkiyə şirkətinin  və Ukrayna zavodunun  nümayəndələri yerli sahibkarlar  üçün əlverişli olan vakuumlu paketləmə avadanlıqlarını  və elektrik enerjisinə 30% qənaət edən elektrik cihazlarını nümayiş etdirib və onların iş prinsipləri haqqında sahibkarlara ətraflı məlumat veriblər. Avadanlıq və cihazlar yerli sahabkarları çox maraqlandırıb və onların alınması sifarişlər verilib.

Görüşü yekunlaşdıran Rüfət Quliyev sahibkarları maraqlandıran sualları cavablandırıb, qeyri-neft sektorunun inkişafı, ölkə rəhbərliyi tərəfindən görülən işlərdən, 2012-ci ilin büdcəsini sosial və investisiyayönümlü olması, yeni iş yerlərini açmaq məqsədilə gördüyü işlər barədə müfəssəl məlumat verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama