Modern.az

Rusiya və Gürcüstan razılaşdı - Ermənistan nəqliyyat blokadasından çıxır

Rusiya və Gürcüstan razılaşdı - Ermənistan nəqliyyat blokadasından çıxır

Dünya

4 Fevral 2019, 14:33

Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb.

 

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

 

“Çox vaxt lazım oldu. Bu, proyektin qeyri-adiliyi ilə bağlı idi. Sazişin presedenti yoxdur”-deyə Gürcüstanın baş nazirinin Rusiya ilə danışıqlardakı xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.

 

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.

Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

 

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza