Modern.az

Araşdırmaçı jurnaistlər mükafatlandırılıblar (FOTO)

Araşdırmaçı jurnaistlər mükafatlandırılıblar (FOTO)

Təhsil

1 Dekabr 2011, 12:26

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun ofisində Regional Araşdırmaçı Jurnalsitika Məktəbi çərçivəsində araşdırma aparmış jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, dörd ölkənin – Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstan jurnalsitlərinin iştirak etdiyi layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Soros Fondu) və Amerikanın Gəlirlərə Nəzarət İnstitutu tərəfindən maliyyələşdirilir. 
Məktəbdə hər ölkədən beş jurnalist təmsil olunur.  Azərbaycandan bu məktəbə Nicat Dağlar, Fərəh Sabirqızı, Səadət Akifqızı, Cavid Xəlilov və Rəna Allahverdiyeva seçilib.
Dünənki tədbirdə də elə bu jurnalistlərin apardığı araşdırmalar qiymətləndirilib. 

Məktəbin təşkilatçıları  yazıların qiymətləndirilməsinə ilk dəfə olaraq jurnalistlərin özlərini də cəlb ediblər.  Hər bir müəllif öz həmkarının apardığı araşdırmaya xüsusi tərtib olunmuş kriteriyalar əsasında bal verib. 
Sonda ekspertin verdiyi qiymətlər toplanıb. Nəticədə SOCAR-ın xarici ölkələrdəki fəaliyyətinə dair Nicat Dağların apardığı araşdırma birinci yerə layiq görülüb. 
Ümumi  ballara görə, Fərəh Sabirqızı ilə (Dövlətin təbliğatına sərf olunan vəsaitlər) Səadət Akifqızı (Pulsuz verilməli olan onkoliji dərmanlar) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər. Cavid Xəlilovun MİS-lərə ayrılan vəsaitlərlə bağlı apardığı araşdırma dördüncü,  Rəna Allahverdiyevanın təhsilin səviyyəsi və mövcud problemləri əhatə edən yazısı isə beçinci olub.

Məktəbin təşkilatçıları və ekspertlər qeyd ediblər ki, təqdim olunmuş materialların hamısı məktəbin uğurlu təməlinin göstəricisi hesab oluna bilər.  Yazıların hər birini Azərbaycanda araşdırma jurnalistikasına verilmiş tövhə kimi qiymətləndirən ekspertlər  Regional Araşdırmaçı Jurnalistika Məktəbinin gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə inandıqlarını vurğulayıblar.

Qeyd edək ki, məktəbdə digər ölkələri təmsil edən jurnalistlərin araşdırması hazırda  Gürcüstan, Ukrayna və Qazaxıstan mətbuatında dərc olunmaqdadır.

Azərbaycan jurnalistlərinin apardığı araşdırmalarla bağlı tədimatların, ictimai dinləmələrin və dəyirmi masaların keçirilməsi də nəzərdə tutulur.  Hazırda yazılar rus və ingilis dillərinə tərcümə olunur.

Xatırladaq ki, Nicat Dağların apardığı araşdırmanın nəticələri  “Yeni Müsavat” qəzetində dərc olunub.



Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama