Modern.az

Vahid Əhmədov tələbəni mükafatlandırdı (FOTOLAR)

Vahid Əhmədov tələbəni mükafatlandırdı (FOTOLAR)

Parlament

1 Dekabr 2011, 15:19

Bu gün Modern.az saytının gerçəkləşdirdiyi deputat-tələbə əməkdaşlığına dair yazı müsabiqəsinin ilk qalibi mükafatlandırılıb. 
Müsabiqəyə təqdim olunmuş yazıların arasından ən yaxşısını 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov seçib. Qalib tələbə Bakı Dövlət Universiteninin Jurnalistika fakültəsinin 4-cü kursunda təhsil alan Fatimə Kərimli elan olunub. Qalib tələbəyə  Milli Məclisin deputatı Vahid Əhmədov tərəfindən noutbuk hədiyə edilib.

Xatırladaq ki, Vahid Əhmədov tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəmişdi. Nəticədə Fatimə Kərimlinin “Azərbaycanda tələbə olmağın özü elə tələbənin ilk problemidir” adlı yazısı (//modern.az/articles/17724/1/) qalib gəlib.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı