Modern.az

İlk dəfə büdcədən bələdiyyələrə 1 milyon ayrılır - O pulu hansı qurumlar alacaq?

İlk dəfə büdcədən bələdiyyələrə 1 milyon ayrılır - O pulu hansı qurumlar alacaq?

6 Fevral 2019, 09:04

Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən  bələdiyyələrə subvensiya ayrılıb.

Modern.az-ın məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd edilib.


Göstərilib ki, Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib.


“2019-cu ilin dövlət büdcəsi haqqında” qanunda ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb.

 

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd Milli Məclisin fevralın 12—də keçiriləcək iclasında müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu