Modern.az

Alman şirkəti “Eurovision 2012”də şounun təşkili üzrə Bakının tərəfdaşı oldu

Alman şirkəti “Eurovision 2012”də şounun təşkili üzrə Bakının tərəfdaşı oldu

Təhsil

1 Dekabr 2011, 19:10

Almaniyanın "Brainpool GmbH" şirkəti 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin rəsmi tərəfdaşı seçilib. Bu barədə Modern.az-a İctimai Televiziyanın ictimiayyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib.
"Eurovision-2012"nin icraçı prodüseri Adil Kərimlinin sözlərinə görə, "Brainpool" ilə əməkdaşlıq barədə qərar şirkətin Düsseldorfda keçirilən “Eurovision” Mahnı Müsabiqəsindəki təcrübəsinə əsaslanır. "Şirkətin bu həyəcanlı yarışda bizə dəstək göstərməyə kifayət qədər təcrübəsi və imkanları var"-deyə Adil Kərimli bildirib.

"Brainpool" şirkəti musabiqənin dizaynı, səhnə performansları, o cümlədən şou çərçivəsində keçiriləcək tədbirlərdə texniki məsələlərlə bağlı dəstək göstərəcək.  

“Eurovision” Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand İctimai Televiziyanın 2012-ci il müsabiqəsinin təşkili üçün məhz bu təcrübəli şirkətə müraciət etməsindən məmnun olduqlarının bildirib.
“"Brainpool” şirkəti ultramüasir televiziyalarla iş sahəsindəki yüksək nailliyətləri ilə artıq dünyada özünü təsdiq edib. Bu şirkət eyni zamanda “Eurovision” Mahnı Müsabiqəsi sahəsində də böyük təcrübəyə malikdir".

Xatırladaq ki, "Brainpool" şirkəti Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində Almaniyanin NDR televiziyasının şou tərəfdaşı olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama