Modern.az

Aldığım “təhsil”ə görə hər gün özüm-özümü vicdan məhkəməsinə verirəm - tələbə

Aldığım “təhsil”ə görə hər gün özüm-özümü vicdan məhkəməsinə verirəm - tələbə

2 Dekabr 2011, 10:51

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
Aldığınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər? Bu mövzuda yazı yazmaq çətin olduğu qədər də asandır. Çətindir ona görə hardan başlayacağını bilmirsən, asandır ona görə ki, yazmalı o qədər səbəb var ki …

Özüm jurnalistika fakültəsind’ oxuduğum üçün, gətirəcəyim misallar yəqin ki, bu fakültədən olacaq. Bu fakültəyə böyük ümidlərlə gəlmişdim. Fikirləşirdim ki, mən BDU-nun jurnalistika fakültəsində oxuyacağam, alacağım təhsillə fəxr edəcəyəm, öz karyeramı quracağam,amma…

Bu yaziya bilərəkdən “ali” təhsildən başladım, fikirləşdim ki ,orta təhsil sadəcə olarağ “tanışlıq” xarakteri daşıyır. Böyük həvəslə, böyük can-fəşanlıqla hazırlaşırdım ki, mən “ali” məktəbə daxil olum və orta məktəbdə tanış olduğum bilikləri təkmilləşdirim. Lakin bütün bu fikirlərim demək olar ki, alt-üst olub. Artıq 10-cu sinifdə oxuduğum müddətdə qarşıma bir məqsəd qoymuşdum: “Mən BDU-un jurnalistika fakültəsinə qəbul olacağam”. Bu məqsədimə nail oldum amma burada gördüklərimdən dəhşətə gəldim. 3-cü kursda oxuyuram amma hələ də “Əkinçi” streotipindən başqa, heç nə öyrənə bilməmişəm. Yox, yox bir də öyrənmişəm ki, jurnalistika xüsusi qabliyyət tələb edən peşədir. Burada aldığım “təhsil”in mənə hansı işdə, hansı peşədə, hansı ölkədə lazım olacağını hələ də tapa bilmirəm. Hərdən fikirləşirəm bəlkə problem məndədir, bəlkə mən öyrənə bilmirəm?  Elə o andaca bu sualın cavabını tapıram: ox,axi mən qəbul zamani 500-ə yaxın bal toplamışam (təbii ki,reptitor yanında hazırlaşaraq).

Yoldaşlarımın da fikirlərini öyrəndim.Öyrəndim və bildim ki ,mən tək deyiləm,onlar da mənim kimi fikirləşir: ”Universiteti bitirmək və 4 il əziyyətlə oxuyub, ilinə 900 manat  verdiyimiz  diplomu almaq”. Jurnalistika fakültəsində oxuya-oxuya jurnalistika kurslarina getmək hansı məntiqə sığır başa düşə bilmirəm. Maraqlısı burasındadır ki, bu kursları təşkil edənlər elə bu fakültənin müəllimləridir.

Ödənişli əsaslarda oxuyan tələblər hər il universitetin balansına müəyyən  məbləgi ödəmək məcburiyyətindədirlər və bu məbləğ hər il artırılır. Məsələyə məntiqlə yanaşsaq, onda qiymətdə dəyişiklik olursa, deməli tehsil sistemində də  dəyişiklik olmalıdır. Əgər belədirsə, bəs onda təhsilin səviyyəsi niyə artmır?

Hər gün özüm-özümü məhkəməyə verirəm-vicdan məhkəməsinə. Axı valideyinlərim məni böyük ümidlərlə hər səhər universitetə yola salır ki, uşağımız  oxusun, savadlansıin, gələcəkdə aldığı təhsillə vətənə, millətə, cəmiyyətə yararlı bir şəxs olsun. Mən indi onlara nə cavab verim?! Desəm ki, mən universitetdə heç nə öyrənməmişəm, mənə bilirsiniz nə sual verəcəklər? Deyəcəklər ki, 90 illik bir tarixi olan universitetdən sən heç nə öyrənə bilmirsənsə, deməli problem səndədir. Amma mən bilirəm ki, bu belə deyil. Defonun maraqlı bir fikri var: “Çox çətindir demək ki, hər kəs yalnışdır tək mən haqlıyam, amma bu həqiqətən də belədirsə?!” .

Bu gün mənə dərs keçən müəllim auditoriyaya girib iki cümlə söylədikdən sonra onun nə qədər  konservativ  düşüncəli biri olduğu açıq-aydın görünür (istisnalar da var). Hətta 21-ci əsrdə internetin, kompüterin nə olduğunu bilməyən müəllimlərim də var və onlar mənə ali təhsil verir. Auditoriyaya daxil olan müəllim sadəcə əlindəki sovetlərdənqalma mühazirə mətnləri ilə kifayətlənirsə, mən seminarlara kiril qrafikasi ilə yazilmiş kitablardan isitifadə edirəmsə (nəzərə alsaq ki, bu kitabların istifadə müddəti artıq bitib) burada hansı təhsildən söhbət gedə bilər anlamıram.

Hərdən fikirləşirəm ki, alacağım “təhsil”Azərbaycanın inkişafında öz yerimi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?!

Aqşin Zamanov
tələbə

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər