Modern.az

Qazaxda idman müəllimi məktəbdə öldü

Qazaxda idman müəllimi məktəbdə öldü

8 Fevral 2019, 19:40

Qazax rayonunda müəllim çalışdığı məktəbdə dünyasını dəyişib.

Hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin halı müəllimlər otağında qəfildən pisləşib və o, yerə yıxılaraq keçinib.

İlkin məlumata görə, onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.(“Report”)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi