Modern.az

Bərdənin 32-ci kəndinə də qaz verilib (FOTOLAR)

Bərdənin 32-ci kəndinə də qaz verilib (FOTOLAR)

Təhsil

2 Dekabr 2011, 17:13

Millət vəkili Zahid Oruc Bərdənin 32-ci kəndinin mavi yanacaqla təmin olunması mərasimində iştirak edib. Bu barədə Modern.az saytına açıqlama verən deputat qeyd edib ki, 32-yə qədər abonenti əhatə edən bu tədbiri ötən dövr ərzində ölkədə Prezidentin tapşırığı ilə qazlaşdırma siyasətinin həyata keçirilməsi və xüsusi olaraq Bərdədə ümumi quruculuq işlərinin tərkibi kimi qiymətləndirmək olar.

Mərasim rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə keçirilib və “Azəriqaz”ın da nümayəndələri orada iştirak ediblər.
“Tədbirdə birmənalı olaraq vurğulandı ki, qarşıdakı dönəmdə, 2012-ci ilə yönəlik ilk aylarda Bərdənin daha 57 kəndinin qazla təminatı üçün bütün infrasturuktur baza yardılıb.

Çox qısa bir zamanda bu işin həyata keçirilməsi dövlətin də qarşıya qoyduğu vəzifələr sırasındadır. Əlbəttə ki, paralel şəkildə rayonda ümumi sosial-iqtisadi inkişafla bu işin bir-birini tamamlaması heç şübhəsiz ki, əhaliyə dövlətin münasibəti kimi təqdim olunurdu və insanlar da bunu çox yüksək qiymətləndirdilər. Yəni SSRİ-nin dağılmasından keçən 19 il ərzində bu kənd və digər onun yaxınlığında yerləşən ərazilər qazsız qalmışdılar. Bu da heç şübhəsiz ki, elektrik enerjisinə yüklənmə, digər özünəməxsus problemlər demək idi. Həmin kəndin həyatında bir neçə yeni hadisə, məktəb tikintisi olub, bir neçə artezian quyuları qazılıb”.

Millət vəkilinin sözlərinə görə, rayon icra başçısının bu məsələlərlə bağlı son dönəmdə həyata keçirdiyi ardıcıl tədbirlərə vətəndaşlar daha xoş münasibətlərini bildiriblər.

“Yeni Bərdə quruculuğu sözün həqiqi mənasında bu gün gerçəkləşməkdədir. Bu inkarolunmaz bir faktdır və parlament üzvü olaraq mən də gələcək dönəmdə bu prosesdə yaxından iştirak etməyə, höküməti bu məsələrin həllinə cəlb eləmək üçün daha təsirli addımlar atmağa hazırıq. Bərdə Qarabağdır, Qarabağda həyata keçirilən hər bir tədbir düşünərəm ki, düşmənlə mübarizə üçün bir istehkam quruculuğudur. Ona görə də bu işlər çox vacibdir”.

Zahid Oruc sonda “Azəriqaz” rəhbərliyinə və bu işdə rol oynayan hər kəsə təşəkkür ifadə edib.





Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama