Modern.az

Daha 888 qaçqın ailəsi Suriyaya qayıtdı

Daha 888 qaçqın ailəsi Suriyaya qayıtdı

10 Fevral 2019, 22:28

Suriyalılar vətənə qayıtmaqda davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, son bir sutkada 888 qaçqın xarici ölkələrdən öz evinə qayıdıb.

 

Məlumata görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 338 qaçqın (102 qadın, 173 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 550 qaçqın (165 qadın, 281 uşaq) öz ölkəsinə qayıdıb.

 

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 30 Suriya vətəndaşı qayıdıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza