Rafiq Tağının qətlini araşdırmaq üçün yaradılan İctimai Təhqiqat Qrupu növbəti açıqlama yayıb. Qrupun rəhbəri Eynulla Fətullayev «Bizim Yol»a bildirib ki, qətlin törədildiyi ərazidə kameraların nədən işləməməsinə aydınlıq gətirilməyib.
«Amma mağazalardan birində olan kamera qətldən 15 dəqiqə əvvəl, 15 dəqiqə sonra ərazidən yalnız bir nəfərin keçdyini qeydə alıb. O, çox şübhəli şəxs idi və əlindəki qəzetdə nə isə saxlayırdı. O qətldən təqribən bir neçə dəqiqə sonra küçə tərəfə hərəkət edirdi. Biz müşahidə apardıqdan sonra bu görüntülər istintaq tərəfindən götürülüb”.
İctimai Təhqiqat Qrupunun rəhbəri deyib ki, ictimai fikirdə bu qətllə bağlı bütün diqqətin İrana yönəlməsi müşahidə olunur: “Hətta mənim də bu məsələdə İranı göstərməyim yanlış məsələdir. Mən heç kəsi açıq göstərməmişəm, sadəcə qeyd etmişəm ki, İran versiyası da araşdırıla və yoxlana bilər. Biz hazırda müxtəlif istiqamətlərdə işləyirik”.
Modern.az