Modern.az

Prezidentlər yenidən Soçiyə toplanır

Prezidentlər yenidən Soçiyə toplanır

11 Fevral 2019, 21:06

Soçidə Suriya münaqişəsinin nizamlanmasına dair Astana prosesinin qarantı olan ölkələrin başçıları dördüncü dəfə toplaşır. Modern.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin üçtərəfli görüşü fevralın 14-də keçiriləcək.

 

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Suriyada vəziyyəti uzun müddətə normallaşdırmaq məqsədi ilə atılacaq birgə addımları nəzərdən keçirəcəklər.

 

Bundan əlavə, Rusiya liderinin İran və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza