"Daha öncə İran İslam İnqilabının uğursuzluğunu proqnozlaşdıran qüvvələr bu gün İranın regionda və Yaxın Şərqdə mühüm dövlət olduğunu bildirir". Modern.az xəbər verir ki, bunu İran İslam İnqilabının 40 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı ölkənin Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Cavad Cahangirzadə bildirib ki, düz 40 il bundan əvvəl İran xalqı başda imam Homeyni olmaqla inqilab edib: “İnqilabdan sonra İran regionda qüdrətli dövlətə çevrilib".
C.Cahangirzadə, həmçinin, əlavə edib ki, Azərbaycanın gündən-günə daha da güclü olmasını arzulayır.