Braziliyada vertolyot qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə San-Paulu şəhərində baş verib. Hadisə nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.
Məlumata görə, pilot və jurnalistin göyərtəsində olduğu hava gəmisi şəhər avtomagistrallarından birinə düşüb. Vertolyot yol ilə hərəkətdə olan yük maşınının kabinasına dəyərək yerə düşüb və yanmağa başlayıb. Avtomobilin sürücüsü yaralansa da, sağ qalıb.