“Tok adaları adı ilə və cismən Koreyanın ayrılmaz bir hissəsidir. Yalnız Koreyaya aid tarixi sənədlər deyil, yaponların tarixi sənədləri və xəritələri da adaların Koreyanın hissəsi olduğunu göstərir. Bunların heç biri adaların Yaponiyaya aid olduğuna işarə etmir”. Modern.az xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNADA agentliyi məlumat yayıb.
Məlumatda bildirili ki, Yaponiyanın Cənubi Koreyanın nəzarətində olan adalar üzərində haqq tələbi məntiqsiz bir addımdır.
Qeyd edək ki, daha öncə Yaponiya Xarici İşlər naziri Taro Kono Cənubi Koreyanın nəzarətində olan adalar üzərində haqq tələb edib.