Modern.az

Azərbaycanın peşəkar bokçuları fransızları məğlub etdilər

Azərbaycanın peşəkar bokçuları fransızları məğlub etdilər

Təhsil

3 Dekabr 2011, 13:56


Modern.az
xəbər verir ki, Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun matçında Fransanın Paris United və Azərbaycanın Baku Fires komandaları qarşılaşıblar. Klubumuz 3:2 hesabı ilə qələbə qazanıb və “B” qrupunda 1-ci yerə yüksəlib. Beləliklə Baku Fires ötənilki mövsümün yarımfinalında yaşanan məğlubiyyətin əvəzini çıxıb.

Döyüşlərin nəticələri:

Paris United - Baku Fires

54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov (Azərbaycan) - 49:46, 47:48, 47:48

61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan) – 45:50, 45:50, 45:50

73 kq. Mişel Tavares (Fransa)  – Heybulla Mürsəlov (Azərbaycan) - 47:48, 48:47, 48:47

85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan) – 45:49, 45:49, 45:49

+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:44, 50:45

Baku Fires 9 xal toplayıb. Bu gün qrupumuzda daha iki matç keçiriləcək: Beijing Dragons - Mexico City Guerreros, Leipzig Leopards - Istanbul Bosphorus.

Turnir cədvəli:

  1. Baku Fires – 9 xal, döyüşlərin fərqi - 11-4 (3 matç)
  2. Leipzig Leopards – 6, 9-1 (2)
  3. Paris United – 4, 5-9 (3)
  4. Mexico City Guerreros – 3, 5-4 (2)
  5. Istanbul Bosphorus – 2, 4-6 (2)
  6. Beijing Dragons – 0, 0-10 (2)
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama