Modern.az

Azərbaycan deputatı İraq rəsmiləri ilə görüşlər keçirib (FOTOLAR)

Azərbaycan deputatı İraq rəsmiləri ilə görüşlər keçirib (FOTOLAR)

Təhsil

3 Dekabr 2011, 14:23

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraq Parlamentinin baş katibi, Türkmən kökənli millət vəkili Məhəmməd Əl Xalidi ilə görüşüb. Görüş zamanı İraqdakı vəziyyət, türkmənlərin vəziyyəti,  Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva Baş nazir ofisinin beynəlaxalq əlaqələr üzrə rəhbəri Qaher F.Al-Mosavyla,  rabitə nazirinin müavini Amr  Albayati,  Bağdad valisinin müavini ilə və bir sıra qeyri-höklumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşlər zamanı Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə  münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva    Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

Görüşlərdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, bu istiqamətdə son vəziyyət barədə məlumat verilib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycanda görməkdən məmun olacaqlarını deyib.

Millət vəkili Qənirə Paşayeva İraqın bir sıra KİV və televiziya kanallarına  müsahibələr verib.

 





Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama