Modern.az

Rusiyada parlament seçkiləri keçirilir

Rusiyada parlament seçkiləri keçirilir

Təhsil

4 Dekabr 2011, 12:45

Dekabrın 4-də Rusiyada növbəti parlament seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə,  seçkilərdə 7 partiya mübarizə aparır: “Vahid Rusiya”, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Spravedlivaya Rossiya”, “Yabloko”, “Pravoye delo”, “Patriotı Rossii”.

108 milyon seçici 98 min seçki məntəqəsində Rusiya Dövlət Dumasının yeni deputatlarını seçir.

Parlament seçkilərini 570 minə yaxın yerli və xarici müşahidəçi izləyir.

Seçkilər başlamazdan öncə Rusiya prezidenti Dmitri Medvedev televiziya ilə xalqa müraciətində vətəndaşları dekabrın 4-də keçiriləcək parlament seçkilərində düzgün seçim etməyə çağırıb.
Hakim “Vahid Rusiya” Partiyasına başçılıq edən Medvedev bildirib ki, ölkəyə 90-cı illərdəkinə bənzər parlament yox, effektli qanunverici orqan, məsuliyyətli siyasətçilər lazımdır.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama