Modern.az

2012-ci ilin dekabrı dünyanın sonu olacaqmı? - Tarixçilərin yeni araşdırması

2012-ci ilin dekabrı dünyanın sonu olacaqmı? - Tarixçilərin yeni araşdırması

4 Dekabr 2011, 13:27


Son vaxtlar 2012-ci ilin dekabr tarixi çox danışılır, "qədim Maya tayfalarının təqviminə görə dünyanın sonu gəlir" deyilir. Ancaq aparılan son araşdırmanın nəticəsi bunu yalanlayıb.
Modern.az xarici KİV-lərə istinadən bildiri ki, Maya sivilizasiyasına aid məlumat yenidən araşdırılıb. Belə nəticəyə gəlinib ki, mayalayarın dünyanın sonu ilə bağlı qənaəti olmayıb.

Məlum olub ki, qədim Maya təqvimində dekabr 2012-ci il tarixinin dünyanın sonu olmayacağı göstərilib. Qədim Maya tayfalarına aid olduğu ehtimal edilən daş lövhə yenidən tədqiq edilərkən, belə məlum olub ki, 2012-ci il əslində qiyamətin gəlişinə deyil, bir dövrün sonuna işarədir.

Araşdırmanı aparan Maya tarixçisi Sven Qronemeyer "1300 illik Maya təqvimi 400 illik periodlara bölünür" deyib. Qronemeyerə görə, 2012 ili də yalnız o periodlardan birinin sonuymuş.

Bu açıqlamanı dəstəkləyən başqa tarixçilər də var. Tarixçilərə görə, son vaxtlar ortaya atılan “2012-ci ilin dekabr tarixində dünyanın sonu gəlir" iddiası tamamilə bir yalandan ibarətdir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər