
Braziliya milli komandasının keçmiş oyunçusu, dünyanın tanınmış futbolçularından olan Sokrates 57 yaşında həyatını itirib.
Modern.az xarici KİV-lərə istinadən bildirir ki, bağırsaq infeksiyasından reanimasiyaya alınan Sokrates xəstəxanada keçinib.
Sokrates bu ilin avqust ayında həzm sistemindəki qanama səbəbiylə reanimasiyaya alınmış, təxminən 2 həftəlik aradan sonra xəstəxanadan buraxılmışdı.
Tibb fakültəsi məzunu olduğu üçün ''doktor'' ləqəbiylə tanınan Sokrates 1982 və 1986-cı illərdəki Dünya Çempionatında Braziliya milli komandasının kapitanı olub. Tam adı Sokrates Brasileiro Sampaio da Sousa Vieira da Oliveira olan futbolçu “Botafogo” (1974-1978), “Korintians” (1978-1984) və “Fiorentina” (1984-1985) klublarında forma geyib.
Modern.az