Modern.az

Fransada Qarabağ müzakirələri başlayır

Fransada Qarabağ müzakirələri başlayır

Təhsil

4 Dekabr 2011, 20:34

Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçiriləcək. Senatda “Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə” və “ ATƏT-in Minsk qrupunun fransalı həmsədri” mövzularında təşkil olunacaq “dəyirmi masa” dekabrın 8--də olacaq. 

Azərbaycanın Fransadakı səfirliyinin təşklatçılığı ilə keçiriləcək “dəyirmi masada” hər iki ölkənin deputatları, tanınmış siyasətçilər, tarixçilər iştirak edəcəklər.
“Dəyirmi masa” çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi təşkil olunacaq, Qarabağ musiqiçilərinin ifasında muğamlar səslənəcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama