Modern.az

İrandakı partlayışda ölü sayı 41-ə çatdı - YENİLƏNİB

İrandakı partlayışda ölü sayı 41-ə çatdı - YENİLƏNİB

13 Fevral 2019, 22:53

İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı törədilən terrorda ölü sayı artıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Onların yarısı dinc sakinlərdir.

Məlumata görə, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Həş-Zahidan yolu ilə hərəkət edən avtobus terrorçu kamikadze tərəfindən partladılıb. 

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları bildiriblər ki, avtobusda 20 nəfər əsgər olub və onların hamisi ölüb. Həlak olan 21 nəfər isə mülki əhalidir.


Yayılan xəbərlərə görə terror aksiyasına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.

***

 

İranın cənub-şərqində terror aktı törədilib. Modern.az “RİA Novosti”yə istinadən məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun avtobusu terrorçuların hücumuna məruz qalıb.

Məlumata görə, partlayışda ən azı 20 hərbçi ölüb, daha 20 nəfər yaralanıb.

Məlumata görə, hәrbçilәr bölgәdә sәrhәd tapşırığnı yerinә yetirdikdәn sonra geri dönürmüşlәr.

Partlayışa görə məsuliyyəti "Ceyşül-zülm" qruplaşması öz üzәrinә götürüb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza