Dünən Azərbaycanda dəşhətli yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə saat 20 radələrində Bakı-Quba yolunun 34-cü kilometrliyində, Suiqayıt şəhərinin ərazisində baş verib. İlkin məlumatlara görə, “Mercedes” markalı yük maşını ilə BMW markalı minik avtomobili toqquşub. Toqquşmadan sonra yanğın baş verib. Nəticədə 8 nəfər yanaraq həlak olub.
Məlumatı Baş Dövlət Yol Polisi İdarəsindən də təsdiqləyiblər.
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yanan adamların şəxsiyyətləri məlum deyil. Onlardan 6-sı BMW-də, 2-si isə “Mercedes”də olub. Faktla bağlı araşdırma aparılır.
Modern.az