Modern.az

Bakının üç rayonuna içməli su fasilələrlə veriləcək

Bakının üç rayonuna içməli su fasilələrlə veriləcək

Təhsil

5 Dekabr 2011, 10:19

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bununla əlaqədar 05-06 dekabr tarixlərində Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş. Əzizbəyov, M. Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli  küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama