Modern.az

Rusiyada Putinin partiyası qalib gəlib, iğtişaşlar başlayıb

Rusiyada Putinin partiyası qalib gəlib, iğtişaşlar başlayıb

5 Dekabr 2011, 10:37

Dekabrın 4-də Rusiyada növbəti parlament seçkiləri keçirilib. Modern.az-ın məlumatına görə, seçkilərdə 7 partiya mübarizə aparıb: “Vahid Rusiya”, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Spravedlivaya Rossiya”, “Yabloko”, “Pravoye delo”, “Patriotı Rossii”.

108 milyon seçici Rusiya Dövlət Dumasının aşağı palatası olan Dövlət Dumasına seçiləcək 450 deputat üçün səs verib.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə seçki qutularının 80,01 faizindən çıxan nəticələr görə, baş nazir Vladimir Putinin hakimiyyətdə olan “Vahid Rusiya” Partiyası səsələrin 50,08 faizini qazanıb.

Kommunist Partiyası 19.15, “Spravedlivaya Rossiya” Partiyası 13.17, Liberal Demokrat Partiyası 11.66 faiz səs toplayıb. Seçkidə iştirak edən digər üç partiya - Yabloko”, “Pravoye delo”, “Patriotı Rossii” 7 faizlik səddi keçə bilməyib.

Dörd il bundan əvvəl baş nazirin "Vahid Rusiya" partiyası səslərin 64 faizini əldə etmişdi. Lakin təhlilçilər son illər partiyanın populyarlığının kəskin aşağı düşdüyünü proqnozlaşdırırdı. Rusiya təhlilçiləri seçicilərin zənginlər və yoxsullar arasında uçurumun dərinləşməsi və hökumət orqanlarında korrupsiya iddiaları ilə bağlı narazılıqlarının artmasını qeyd edir.

Bu dəfə deputatlar Dumaya 5 illik müddətə seçiləcək. Əvvəllər onların səlahiyyət müddəti 4 il təşkil edirdi.

Seçkiləri izləyən müstəqil müşahidəçilər pozuntular və rəsmilər tərəfindən seçki prosesinə müdaxilələr barədə xəbər verirlər.

Bir neçə radiostansiya və müxalif qruplar onların saytlarına haker hücumlarının edildiyini bildirib.

Seçkini müşahidə edən müstəqil "Qolos" təşkilatı veb-saytının güclü haker hücumuna məruz qaldığnı deyib.

Təşkilat bildirib ki, "Qolos" adından müvafiq rəsmi orqanlara artıq 5300 şikayət göndərilib.

Dekabrın 4-də Moskvanın və Peterburqun mərkəzində icazəsiz aksiya keçirmək istəyən müxalifətçilər saxlanıb. 

Müxalifətçilər Moskvanın Manej və Triumfal, eləcə də Peterburqun Qostinıy Dvor meydanlarında tutulublar. Onların arasında “Levıy Front” və “Mı” hərəkatlarının rəhbərləri Sergey Udaltsovla Roman Dobroxotov da var.  

Müxalifətçilər Dövlət Dumasına keçirilən seçkilərə etiraz edirlər. Mitinqçilər bir sıra müxalifət partiyaları qeydə alınmadıqları və seçkilərdən kənarda qaldıqları üçün seçkiləri qanunsuz sayırlar. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər