Modern.az

Hansı deputatın işi sizi qane edir? - VIII SORĞU

Hansı deputatın işi sizi qane edir? - VIII SORĞU

Parlament

5 Dekabr 2011, 11:09


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olub. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

“Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla yeni sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Bu günədək soyadları əlifba sırası üzrə ilk 105 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sonuncu sorğu həftəsinə 20 deputat qaldığından bu dəfə say “15-lik” deyil, “20-lik”dir.
Beləliklə, aşağıdakı parlamentarilərdən kimin fəaliyyətini bəyənirsiniz?

1. Qənirə Paşayeva
2. Cavanşir Paşazadə
3. Hadi Rəcəbli
4. Arif Rəhimzadə
5. Sabir Rüstəmxanlı
6. Rövşən Rzayev
7. Tahir Rzayev
8. Bəxtiyar Sadıqov
9. Qalib Salahzadə
10. Hacı Salayev
11. Səməd Seyidov
12. Ziyad Səmədzadə
13. Elxan Süleymanov
14. Tahir Süleymanov
15. Astan Şahverdiyev
16. Vasif Talıbov
17. Ağalar Vəliyev
18. Əhməd Vəliyev
19. Sədaqət Vəliyeva
20. Mixail Zabelin


Modern.az 

***
Əlaqəli yazılar:

Hansı deputatın işi sizi qane edir? - I SORĞU
//modern.az/articles/17915/1/

Hansı deputatın işi sizi qane edir? - II SORĞU
//modern.az/articles/18086/1/

Hansı deputatın işi sizi qane edir? - III SORĞU
//modern.az/articles/18274/1/

Hansı deputatın işi sizi qane edir? - IV SORĞU
//modern.az/articles/18473/1/

Hansı deputatın işi sizi qane edir? - V SORĞU
//modern.az/articles/18593/1/

Hansı deputatın işi sizi qane edir? - VI SORĞU
//modern.az/articles/18840/1/

Hansı deputatın işi sizi qane edir? - VII SORĞU
//modern.az/articles/18998/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR