Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.
Soyadı əlifba sırası üzrə təqdim olunan yeddinci “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər. Xüsusilə Fuad Muradov, Ayaz Orucov, bahar Muradova, Zahid Orucun tərəfdarları səsvermədə daha fəal olublar və əsas mübarizə də onlar arasında gedib.
Budəfəki sorğumuzun yekununda 29 saylı Səbail seçki dairəsinin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov daha çox səs toplayaraq birinci yeri tutub.
Bu həftə sorğumuzda iştirakla bağlı rekord respondent sayı qeydə alınıb – 12838 nəfər.
Onların 27 faizi Fuad Muradovu dəstəkləyib.
Sorğumuz nəticəsində ikinci yerə 81 saylı Beyləqan seçki dairəsinin deputatı Ayaz Orucov çıxıb. O, ümumi səsverənlərin 20,97 fazinin səsini qazanıb.
Üçünçü yeri isə 84 saylı Füzuli seçki dairəsindən deputat Bahar Muradova tutub. B.Muradova respondentlərin 20,28 faiz səsini əldə edib
Nəticələr:
1. Hüseynbala Mirələmov - 2.55%
2. Aydın Mirzəzadə - 2,38%
3. Asim Mollazadə - 0,98%
4. Səttar Möhbalıyev – 0,08%
5. Fuad Muradov – 27,38%
6. Bahar Muradova – 20,28%
7. Rasim Musabəyov – 0,45%
8. Madər Musayev – 1,44%
9. Fazil Mustafa – 7,38%
10. Aytən Mustafayeva – 0,23%
11. Aqiyə Naxçıvanlı – 0,16%
12. Siyavuş Novruzov – 0,21%
13. Zahid Oruc – 10,58%
14. Ayaz Orucov – 20,97%
15. Ceyhun Osmanlı – 0,26%