“Azərbaycanda sahibkarların fəaliyyəti ilə bağlı mövcud olan qanunlara əməl olunmadığı üçün sahibkarların hüquqları qorunmur”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov deyib. O bildirib ki, Azərbaycanda sahibkarların fəaliyyəti ilə əlaqədar lazım olan bütün qanunlar qəbul olunub və əlavə qanunun hazırlanmasına ehtiyac yoxdur.
“Ola bilər sahibkarlıq fəaliyyəti ilə əlaqədar hansısa qanuna dəyişiklik edilsin. Biz də mütəmadi olaraq bununla əlaqədar qanunlara dəyşikliklər edirik. Sahibkaraların hüquqlarının qorunmasına gəlincə, qanunda bu, əlbəttə qorunur. Amma qanunun icrası zamanı bu öz təsirini göstərmir. Bunlar başqa-başqa məsələlərdir. Qanun normal fəaliyyət göstərsə və qanuna əməl olunsa, onda sahibkarların hüquqları qorunar. Çox təəssüf ki, bu qanunlar işləmir və buna görə də sahibkarların hüquqları pozulur” deyə millət vəkili əlavə edib.
Aytən ƏLiYEVA