Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Soros Fondu) Azərbaycanda fəaliyyətini rəsmən dayandırdığını bəyan edib. Modern.az-a Fonddan daxil olan rəsmi açıqlamada deyilir ki, qrantların verilməsi vasitəsi ilə Azərbaycanda 15 il demokratik islahatlar və vətəndaş cəmiyyətinin işkişafına çalışan Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACİYF-Azərbaycan) 2012-ci ildən etibarən qrantların verilməsi fəaliyyətini dayandırır və əməliyyat və struktur yenilənməsi prosesinə başlayır.
“Fondda baş verən bu dəyişikliklə əlaqədar, ACİYF-nun tərkib hissəsi olduğu Açıq Cəmiyyət Fondları Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənar həyata keçirəcək”-deyə rəsmi açıqlamada vurğulanır.
Modern.az