Modern.az

Səhiyyə Nazirliyinin briqadaları Aşura ilə bağlı 13 məsciddə olacaqlar

Səhiyyə Nazirliyinin briqadaları Aşura ilə bağlı 13 məsciddə olacaqlar

6 Dekabr 2011, 09:28

Aşura günü ilə əlaqədar azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Aksiya səhiyyə nazirliyinin briqadaları ilə birgə təşkil olunub. Xəbər Modern.az saytına Səhiyyə Nazirliyidən verilib. Bu məscidlər aşağıdakılardır:

Təzəpir məscidi, 
Hacı Soltanəli məscidi
Bibiheybət məscidi
İçərişəhər “Cümə” məscidi
Qaraçuxur məscidi
Mir Mövsüm ağa məscidi
Keşlə qəsəbə məscidi
Sumqayıt “Cümə” məscidi
Gəncə - İmamzadə məscidi
Mingəçevir – “Heydər” məscidi
Şəki şəhər məscidi
Lənkəran şəhər “Böyük Bazar” məscidi
Bərdə - “Cümə” məscidi

Bir azdan Səhiyyə nazirliyinin briqadaları adları qeyd olunan 13 məsciddə və məscidlərin yaxınlığında yerləşən xəstəxanalarda qan qəbul etmək üçün hazır vəziyyətdə olacaq. Artıq tibbi ləvəzimatlar məscidlərə paylanıb. Qan bankında toplanacaq qan isə hemofiliya, talassimiyalı xəstələrə, eləcə də qan xəstəliyindən əziyytə çəkən digər insanlara veriləcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama